XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

11 May 2017 - 18:18

OPEC apreldə gündəlik hasilatı azaldaraq 31,73 milyon barrelə çatdırıb –Hesabat

OPEC apreldə gündəlik neft hasilatını mart ayı ilə müqayisədə 18,2 min barrel azaldaraq, 31,732 milyon barrelə çatdırıb.

Azərtac təşkilatın məruzəsinə istinadla xəbər verir ki, hasilatın azalması daha çox Birləşmiş Ərəb Əmirlikləri, Liviya, İraq və İranda qeydə alınıb. Anqola və Səudiyyə Ərəbistanında isə hasilat xeyli artıb.

OPEC 2016-cı il 30 noyabr tarixli iclasında gündəlik neft hasilatını oktyabr ayının səviyyəsi ilə müqayisədə 1,254 milyon barrel azaltmaq barədə razılıq əldə edib. Məruzəyə görə, qurumun üzərinə hasilatı azaltmaq öhdəlikləri götürmüş 10 ölkəsi – Əlcəzair, Anqola, Ekvador, Qabon, İraq, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı, BƏƏ və Venesuela aprel ayında gündəlik hasilatı oktyabr ayı ilə müqayisədə 1,347 milyon barrel azaldıb. Beləliklə, OPEC ölkələri saziş üzrə öhdəliklərini 107 faiz yerinə yetiriblər.