ABŞ-da yüksək səviyyələrdə olan neft ehtiyatlarının azalmaqda davam etməsi və OPEC-in istehsalın azaldılması müqaviləsinin ilin sonunadək uzadılacağı ilə bağlı açıqlamasından sonra neft qiymətləri yüksəlir.
"Marja" xəbər verir ki, ABŞ-da neft ehtiyatları mart ayının sonundakı rekord səviyyədən azalmaqda davam edib. İraqın nümayəndəsi Cabbar əl-Luaibi və Əlcəzairdən Nurəddin Boutarfa Bağdada təşkil etdikləri ortaq mətbuat konfransında, OPEC və müttəfiqlərinin istehsalın azaldılması müqaviləsini daha altı ay uzatmağı dəstəklədiklərini bildiriblər.
Qərbi Texas nefti (WTI) Nymex birjasında 6 sent yüksələrək bareli 47.89 dollara, Brent nefti Londonda ICE Futures Europe birjasında 3 sent yüksələrək bareli 50.80 dollara çıxıb. Cümə günü neft 55 sent və ya 1.1 faiz qalxaraq 50.77 dollardan bağlanıb. Qiymətlər bu həftə 3.5% artıb.
Azərbaycan nefti 1 dollar bahalaşıb
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1 dollar və yaxud 1,96% artıb. "Azeri LT CIF" markalı neftin qiyməti 51,99 dollar/barelə bərabər olub.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.