Cari ilin ilk dörd ayında xam neft ixracı Azərbaycanın ümumi ixracının 76,26 faizini, təbii qaz 8,05 faizini, neft məhsulları isə (2710 mal kodu üzrə) 3,46 faizini təşkil edib.
Bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a verilən məlumatda deyilir.