XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 May 2017 - 10:15

Azərbaycanda meşəni 49 illiyə icarəyə götürmək olar –Nazirlər Kabineti yeni qaydanı təsdiq etdi

Azərbaycanda meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqların icarəyə verilməsi müddəti artırılıb.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bununla bağlı “Meşə fondu torpaqlarının icarəyə verilməsi Qaydası”nda dəyişiklik edilib.

Hazırda meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə icarəçiyə müqavilə əsasında 1 ildən 10 ilədək verilə bilər.

Yeni qərara əsasən isə, meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə icarəçiyə müqavilə əsasında 1 ildən 49 ilədək verilə bilər.