XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

15 May 2017 - 09:15

Neft dünya birjalarında yenidən bahalaşmağa başlayıb

Səudiyyə Ərəbistanı və Rusiyanın energetika nazirlərinin OPEC-in hasilat azaldılması müqaviləsinin daha 9 ay uzadılmasına dəstək vermələrindən sonra neftin qiyməti iki həftənin ən yüksək səviyyəsinə qalxıb.

"Marja" xəbər verir ki, neftin qiyməti Nyu-Yorkda 1.8 faiz artaraq barreli 48.68 dollara qədər, Londonda Brent nefti isə 1,6% bahalaşaraq 51,64 dollara çıxıb.

Səudiyyə Ərəbistanının energetika naziri Xalid Əl-Falih, Rusiyalı həmkarı Novak ilə birlikdə verdiyi bəyanatda neft hasilatının azaldılması razılaşmasının işləməkdə olduğunu və ehtiyatların azaldığını bildiriblər. Nazirlər müqavilənin 2018-ci ilin ilk rübünün sonuna qədər eyni miqdarda davam etdirilməsi məsələsində razılığa gəldiklərini açıqlayıblar. Bundan əvvəl müqavilənin 2017-ci ilin sonuna qədər uzadılacağı gözlənirdi.