XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 May 2017 - 10:17

İpoteka Fondu indiyə qədər nə qədər kredit verib? –RƏQƏMLƏR

Bu günə qədər “Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) xətti ilə 800 152 760 manat məbləğində ipoteka krediti verilib.

“Report” AİF-ə istinadən xəbər verir ki, dövlət büdcəsi vəsaiti hesabına ipoteka kreditlərini 19 112 nəfər alıb. Başqa sözlə, adambaşına 41 866,51 manat kredit verilib.

Xatırladaq ki, AİF 2005-ci ildən fəaliyyət göstərən Azərbaycan Mərkəzi Bankı yanında İpoteka Fondunun bazasında ötən il avqustun 18-də yaradılıb. Onun nizamnamə kapitalı 307,239 mln. manatdır.