XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 May 2017 - 12:45

Azərbaycanda neft hasilatı azalıb –Statistika Komitəsi

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın mədənçıxarma sektorunda neft hasilatı 9,5 faiz, əmtəəlik qaz hasilatı isə 0,2 faiz azalıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yanvar-aprel aylarında ölkə sənayesində 12,6 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz az sənaye məhsulu istehsal edilib. Sənayenin neft sektorunda məhsul istehsalı 7,5 faiz azalıb. Sənaye məhsulunun 70,5 faizi isə mədənçıxarma sektorunda istehsal olunub.