XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 May 2017 - 15:10

Azərbaycanda sahibkarlara verilən güzəştli kreditlər 2 dəfəyə yaxın azalıb

Bu ilin I rübündə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xətti ilə iş adamlarına 21 310,7 mln. manat məbləğində güzəştli kredit verilib.

“Report” xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 1,9 dəfə azdır.

Son bir ildə SKMF-in maliyyələşdirdiyi layihələrin və yaradılacaq yeni iş yerlərinin sayı da azalıb. Belə ki, 2017-ci ilin yanvar-mart aylarında fond 416 iş yerinin yaradılmasına hesablanmış 103 layihəyə maliyyə dəstəyi verib. Bu rəqəmlər ötən ilin ilk 3 ayında müvafiq olaraq 584 və 321 olub.

Daha bir diqqət çəkən məqam isə SKMF-nin bu il kənd təsərrüfatı məhsullarının emalını nəzərdə tutan layihələrə pul ayırmamasıdır. Fond yalnız aqrar məhsulların istehsalına, eləcə də müxtəlif sənaye məhsullarının istehsalına və emalına güzəştli kredit ayırıb.