May ayının 16-da “qara bazar”da dolların məzənnəsində nisbi artım olub.
Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən səhər saatlarında dolların alışı 1.6850 manat olaraq qalsa da, satışı isə 1.7000 manata yüksəlib.
Qeyd edək ki, ötən gün dolların satışı 1.6950 manat məzənnəsi ilə həyata keçirilirdi.
“Qara bazar”da avronun məzənnəsi isə dəyişməyib. Avropa valyutasının alışı 1,82 manat, satışı isə 1.84 manat olaraq qalıb.