XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 May 2017 - 12:16

İqtisadçıdan plastik kartlardan nağdlaşdırmanın dayandırılmasına etiraz:"Qadağaya deyil, məhdudlaşdırılmaya ehtiyac var"

Banklar sahibkarlar üçün nəzərdə tutulmuş plastik kartlardan nağdlaşdırmanı dayandırıb. Banklar bunu “Nağdsız hesablaşmalar haqqında” qanunda nəzərdə tutulan nağdsız hesablaşmalara tətbiq edilən limitlər ilə əlaqələndirirlər".

Məsələ ilə bağlı Strateq.az-a açıqlama verən iqtisadçı Vüqar Bayramovun sözlərinə görə, əslində, bu addım qanunvericilik tələblərinin pozulması deməkdir. Çünki qanunvericilik nağdsız hesablaşmaları qadağan etmir, məhdudlaşdırır:

"Məhdulaşdırma isə heç də qadağanın tətbiq edilməsi anlamına gəlmir və gəlməməlidir".

Vüqar Bayramov deyir ki, mövcud infrastruktur sadələşdirilmiş vergi subyektləri üçün 15, əlavə dəyər vergisi ödəyiciləri üçün müəyyənləşdirilmiş 30 min manatlıq limitlərin tətbiqinə tam hazır deyil:

"Kartlardan nağdılaşdırmaya tətbiq edilən qadağa da məhz bununla bağlıdır. Təbii ki, iqtsadçı olaraq hər zaman nağdsız ödənişlərin genişləndirilməsini dəstəkləmişəm. Amma bu tip islahatlar biznesin inkişafına maneə olmadan mərhələli şəkildə həyata keçirilməlidir.

Kartlardan vəsaitlərin nağdlaşdırılmasının qadağan edilməsi xüsusən də regionlarda nümayəndəliyi olan şirkət və təşkilatlar üçün çətinliklər yaradacaq. Bu, əslində şirkətlərə plastic kartlar, yəni nağdsız şəkildə öz tərəfdaşlarına və nümayəndəliklərinə ödəniş imkanı verirdi.

Bu baxımdan, qanunvericiliyin mövcud tələblərinə əsasən, kartlardan pul çıxarılmasının qadağan edilməsi deyil, limitlər daxilində məhdudlaşdırılmasına ehtiyac var".