SOCAR 2015-ci ilin oktyabr ayında dövlət büdcəsinə 136 milyon 31 min manat vəsait ödəmişdir. ümumiyyətlə, 2015-ci ilin yanvar-oktyabr aylarında büdcəyə 1 milyard 271 milyon 276 min manat vəsait ödənilib.
Strateq.az SOCAR-ın rəsmi saytına istinadən xəbər verir ki, bundan əlavə, cari ilin oktyabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 194 min manat vəsait köçürüb.
2015-ci ilin yanvar-oktyabr aylarında isə şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 115 milyon 417 min manat təşkil edib.
Strateq.az