XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 May 2017 - 14:43

Bağlanmış 11 bankın əmanətçilərinə 733,202 mln. manatkompensasiya ödənilib

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) ötən il lisenziyası ləğv edilmiş 11 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

Fonddan "Report"a verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 733,202 mln. manat ödənilib.
Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 43,218 mln. manat, “Zaminbank” ASC – 58,227 mln. manat, “Kredobank” ASC – 27,771 mln. manat, “Dekabank” ASC – 3,087 mln. manat, “Atrabank” ASC – 14,32 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC – 1,974 mln. manat, “Bank of Azerbaijan” ASC – 24,161 mln. manat, “Gəncəbank” ASC – 976 min manat, “Texnikabank” ASC – 120,433 mln. manat, "Bank Standard" QSC – 437,345 mln. manat, "United Credit Bank" ASC-nin qorunan əmanətçiləri isə 1,69 mln. manat kompensasiya alıblar.

Fond, həmçinin bəyan edib ki, ləğv prosesində olan “Bank of Azerbaijan", "Gəncəbank" və "Texnikabank"ın qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 illik müddət müvafiq olaraq yanvarın 27-də, fevralın 4-də və fevralın 12-də başa çatıb. Bu banklar üzrə kompensasiya öhdəliyinin yerinə yetirilməsi nisbəti müvafiq olaraq 97%, 94% və 98,2%-dir.