XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 May 2017 - 20:16

Maliyyə naziri:"Rusiya bu il Ehtiyat Fondunu tam xərcləyəcək"

Rusiya 2017-ci ildə Ehtiyat Fondunda olan vəsaitlərinin hamısını xərcləməyi düşünür. 

Bu barədə açıqlamanı jurnalistlərə maliyyə naziri Anton Siluanov verib.

Nazir deyib ki, biz, büdcədə yazıldığı kimi,  Milli Rifah Fondunun vəsaitlərini istifadə etməyə başlayacağıq.

Onun sözlərinə görə, Maliyyə Nazirliyi Ehtiyat Fondunu 2018-ci ildə bərpa etməyi düşünür: "Bu il fonda neft-qaz gəlirlərindən 623 mlrd. rubl və ya 10,7 mlrd. ABŞ dolları vəsaitin öütürülməsi planlaşdırılıb."

Qeyd edək ki, bir neçə gün əvvəl Maliyyə Nazirliyi büdcə kəsirini örtmək üçün Ehtiyat Fondundan 1,061 trln. rubl vəsait götürəcəyini bildirib. May ayının əvvəlinə olan məlumata görə, Ehtiyat Fondunda 931,25 mlrd. rubl vəsait qalıb/Report.