XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

03 Aprel 2015 - 11:53

Ekspert: “Növbəti 5 il Elman Rüstəmov üçün çox çətin keçəcək”

Bu gün Mili Məclisin müvafiq iclasında Milli Bankın idarə heyətinə üzvlüyü yenidən təsdiqlənən Elman Rüstəmovun, bununla da ölkənin bank sisteminin sükanını növbəti 5 il ərzində əlində saxlayacağı qənaətini gücləndirib.

Strateq.az xəbər verir ki, bu ehtimalı iqtisadçı Samir Əliyev də yüksək sayıb. O, deyib ki, gözlənilməz hadisələr baş verməsə, o, daha 5 il ölkənin bank sektoruna rəhbərik edəcək:

“ölkənin baş bankiri artıq 20 ildir bu sistemə rəhbərlik edir. Bank sisteminin inkişafında onun rolu danılmazdır. Bank sektorunun uğuruna da, uğursuzluğuna da cavabdehlik daşıyır. Elman Rüstəmov hakimiyyətin 2-3 peşəkar kadrlarından biri hesab olunur. Hətta müxalifət də bunu etiraf edir”.

Samir Əliyev indiki həssas məqamda Elman Rüstəmovun postunu tərk etməsini də riskli adlandırıb:

“Məşhur deyim var: Atları keçidlərdə dəyişmirlər. Mövcud bank sistemini Elman Rüstəmov qurmuşdu və onu ancaq özü idarə edə bilərdi. İndiki dövrdə sistemin başına başqasının gətirilməsinin ağır fəsadları ola bilər. Elman Rüstəmovun vəzifədə qalması həm də hakimiyyətin bank sektorunda ciddi addımlar atmaq niyyətində olmadığını göstərdi. Mərkəzi Bankın rəhbəri daim banklara münasibətdə konservativ yanaşma tətbiq edib. Bankların xarici maliyyə bazarına çıxışı məhdud olub, xarici bankların ölkəyə daxil olması mümkünsüz edilib. O, rəhbərliyi dövründə əhalinin banklara və milli valyutaya inamının bərpa olunasına nail olub. ölkədə dollarlaşma səviyyəsi aşağı düşüb. İnflyasiya səviyyəsi, o cümlədən idxal inflyasiyası minimuma endirilib. Təəssüf ki, bank sektorunda kredit faizlərinin yüksək olması, kiçik və orta sahibkarlığın kreditə əlçatanlığının zəif olması, bankların məhdud xidmətlər göstərməsi, bank müştərilərinin hüquqlarını pozulması kimi problemlər həllini tapa bilməyb. Bu azmış kimi, neftin ucuzlaşması fonunda yaranmış vəziyyət, devalvasiya göstərdi ki, bank sektorunun dayanıqlığı zəifdir. Qısa müddətdə insanların banklara və manata olan etimadı itməyə başladı. Bankların isə müflisləşmə təhlükəsinə daha da yaxınlaşdı”.

İqtisadçı onu da deyib ki, növbəti 5 il Elman Rüstəmov üçün çox çətin keçəcək:

“çünki qarşıda onu növbəti devalvasiya ehtimalı və onun törədəcəyi fəsadlar, neft gəlirlərinin azalması səbəbindən yavaşımış iqtisadiyyat, yüksək inflyasiya təyziqi gözləyir”.

Strateq.az