XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 May 2017 - 12:36

Ekspert:“İlin sonuna kimi neftin qiyməti 52 dollar ətrafında dəyişəcək”

 “Hazırda neftin qiyməti 52 dollar ətrafında dəyişir. Çox güman ki, bu qiymət OPEC ölkələrinin Vyana toplantısına qədər qala bilər.

Bunu Sputnik Azərbaycan-a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib. “Qiymətin yuxarı qalxması bazara göndərilən müsbət siqnallardan asılıdır. Hesab edirəm ki, konfrans öncəsi hasilatın azaldılmasının əleyhinə çıxan olmayacaq. Düşünürük ki, budəfəki konfrans mülayim abı-havada keçəcək”. “İlin sonuna, hətta gələn ilin martın sonuna kimi hasilatın azaldılmasının davam etdirilməsi və bu kvotaların saxlanılması gündəmdə qalacaq. Bu qərar qəbul edilərsə bazara müsbət təsir göstərəcək, qiymətlərin bir müddət yüksək olmasını təmin edəcək. Ahənglik üst-üstə düşərsə neftin qiymətinin 55 dolları keçməsi problemli olmayacaq” – deyə o bildirib.