XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 May 2017 - 13:45

“Moody’s” Agentliyi:“Neft və qaz bazarında qazanc bu il 30 faiz artacaq”

Qlobal neft və təbii qaz bazarının axtarış-istehsal sektorundakı ümumi qazanclar bu il təxminən 20-30 faiz artacaq.

AZƏRTAC xəbər verir ki, “Moody's” beynəlxalq reytinq agentliyi bu qənaətdədir. “Moody's” qlobal neft və qaz bazarında axtarış və istehsalat fəaliyyətlərindən əldə edilən qazancların bu il 20-30 faiz arasında artacağını nəzərdə tutur. Neft və qaz bazarının axtarış-istehsal sektorundakı ümumi qazanc 2015-ci ildə 45 faiz, 2016-cı ildə 25 faiz azalıb. Həmçinin son iki ildə neft-qaz sektorundakı xərclər də maksimum azalıb. Bu da həmin sektora mənfi təsir göstərib.

Cari ildə qlobal neft-qaz hasilatı və əmtəə qiymətləri artım göstərir. Axtarış-istehsal sektorundakı qazanclar qarşıdakı 12-18 ayda daha da yaxşılaşacaq. Qlobal neft və qaz bazarında kapital xərcləri də bu il artacaq.

“Moody's” qlobal neft və qaz hasilatının da bu il keçən ilə nisbətən təxminən 5 faiz artacağı proqnozlaşdırır.