XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 November 2015 - 08:25

Azərbaycanlılar dollar axtarışında – Tələbat 62 faiz atıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda valyuta bazarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 dəfə böyüyüb.

Fins.az-ın məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının pul siyasəti icmalında bildirilir.

İcmala əsasən, valyuta bazarında əməliyyatların 91%-i ABŞ dollarında, qalan 9%-i isə digər valyutalarda aparılıb. ABŞ dolları ilə əməliyyatlar 1,8 dəfə, avro ilə əməliyyatlar isə 2,1 dəfə artıb.

9 ay ərzində banklar tərəfindən əhaliyə satılan dollar ötən ilin eyni dövrünə nisbətən 61.7% artıb. Nağd xarici valyutaya tələbat əsasən ilin 1-ci rübündə artıb. Belə ki, 9 ayda satılan dolların 63%-i, Avronun isə 38%-i 1-ci rübdə satılıb. Buna görə də, fevralın 21-də manatın kəskin ucuzlaşdırılmasına qərar verilib.