XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

12 Noyabr 2015 - 13:40

İranın neft-qaz şirkətləri Bakıya gəlir: Biznes forum keçiriləcək

 

gilan vali.jpg

İran İslam Respublikasının şimal əyalətlərindən sayılan Gilanın valisi doktor Məhəmmədəli Nəcəfi 16-18 noyabrda 15 nəfərlik heyətlə Azərbaycana rəsmi səfərə gələcək.

İranın ölkəmizdəki səfirliyindən  Strateq.az-a bildiriblər ki, Gilan valisi Bakıda İİR-nın Gilan əyalətinin rəhbərliyi  ilə keçiriləcək xüsusi sərgisinin açılış mərasimində iştirak edərək Azərbaycan Respublikasının dövlət nazirləri və rəsmi şəxsləri ilə görüşəcək.

Məhəmmədəli Nəcəfi həmçinin 16 noyabr tarixində təşkil olunan İran – Azərbaycan biznes forumunda iştirak edəcək. Foruma İran və Azərbaycan şirkətlərinin 150-ə yaxın məsul şəxsləri qatılacaq. Forumda qarşılıqlı olaraq neft-qaz, kimya, tikinti sənayesi, su, elektrik enerjisi və maşınqayırma mövzularında üzbəüz müzakirələr aparılacaq.

Digər tarixdə, noyabrın 17-19-da 32 İran şirkətinin iştirakı ilə İranın  ixtisaslaşmış sərgisi keçiriləcək. “Baku Ekspo” Beynəlxalq Sərgi Mərkəzində 3 gün təşkil olunacaq bu sərgidə, neft, qaz, neft-kimya, tikinti sənayesi, su, elektrik və maşınqayırma sahələrində çalışan Gilan əyalətinin 13 şirkəti və İranın digər əyalətlərinin 20 şirkəti iştirak edəcək. Gilan əyalətinin valisi Məhəmmədəli Nəcəfi sərgidə iştirak edəcək.

Xatırladaq ki, İranın şimal zonasında yerləşən Gilan əyalətinin mərkəzi Rəşt şəhəridir. Bu əyalət şimaldan Xəzər dənizinə bitişmiş və Xəzər dənizinin sahili ölkələri ilə həmsərhəddir. Gilan əyaləti Astara şəhərindən Azərbaycan Respublikası ilə quru sərhədə malikdir. Qərb bölgəsindən Ərdəbil əyaləti, cənubdan Zəncan və Qəzvin əyalətləri, şərqdən isə Mazandaran əyaləti ilə qonşudur.

L.SƏMLA