XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

13 Noyabr 2015 - 07:40

Gömrükdə növbəti dəyişiklik oldu – Açıqlama

Azərbaycanda yenidən qısa idxal və ixrac bəyannamələrinin tətbiq edilməsi üçün hazırlıqlara başlanılıb.

Bunu Dövlət Gömrük Komitəsi (DGK) Gömrük nəzarətinin təşkili Baş İdarəsinin əməkdaşı Cəfər Quluzadə deyib: “Bununla da idxal-ixrac əməliyyatlarında sahibkarlar vaxt udmuş olacaqlar”.

C.Quluzadənin sözlərinə görə, həmçinin boru və elektrik xətləri vasitəsi ilə idxal-ixrac əməliyyatları aparan sahibkarlar üçün natamam bəyannamələrin tətbiqi nəzərdə tutulub:

“Tam gömrük bəyannaməsində 54 qrafa var. Amma yeni bəyannamələrdən bu qrafaların bir çoxu çıxarılıb. Yəni, sahibkar yeni bəyannaməni doldurur və tam bəyannamədə olan bəzi qrafaları isə 30 gün müddətində cavablandırıb, gömrük orqanlarına təqdim edir”.

Report