XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 May 2017 - 17:21

Rumıniya səfiri:“Ölkələrimiz arasında ticarət dövriyyəsi 170 milyon dollardır”

 “Azərbaycan dinamik inkişaf edən ölkədir, Rumıniya bu ölkə ilə iqtisadi sahədə əlaqələri daha da inkişaf etdirməkdə maraqlıdır”.

Strateq.az xəbər verir ki, Rumıniyanın ölkəmizdəki səfiri Dan İanku jurnalistlərlə görüşündə bildirib ki, Azərbaycan inkişaf üçün böyük potensiala malikdir. Səfir hesab edir ki, Azərbaycanın kənd təsərrüfatı və turizm sahəsində böyük potensialı var və turistlər, investorlar tərəfindən kəşf edilməlidir.  Səfir bildirib ki, rumıniyalı investorlar Azərbaycanla əlaqələri genişləndirmək istəyir: “Azərbaycan regionda böyük və dinamik bazadır, 10 milyonluq istehlakçı var". Dan İanku deyib ki, SOCAR-ın Rumıniyada 30-dan çox yanacaqdoldurma stansiyası fəaliyyət göstərir. Ölkələrimiz arasındakı ticarət dövriyyəsinin həcminin durmadan artdığını vurğulayan diplomat ötən il ölkələrimiz arasında ümumi ticari dövriyyənin 170 milyon dollar olduğunu açıqlayıb. Səfir Birgə Hökumətlərarası Komissiyanın növbəti – sayca 5-ci iclasının iclasının keçirilməsi ilə bağlı işlər görüldüyünü də diqqətə çatdırıb.

Laçın

Strateq.az