XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

23 May 2017 - 16:49

AZAL dövlət büdcəsinə olan borcunun 99,9%-ni qaytarıb –Hesabat

Azərbaycan Hava Yolları" QSC (AZAL) üzrə vergi və digər icbari ödənişlər şəklində dövlət büdcəsinə ödənilən vəsaitin həcmi ötən il 28 mln. 827,4 min manat təşkil edib.

Bu, "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində əksini tapıb.

Rəydə qeyd edilib ki, ödəniş miqdarı 2014-cü və 2015-ci illərə nisbətən, müvafiq olaraq 14 mln. 252,2 min manat və ya 97,8% artıb və 3 mln. 66,9 min manat və ya 9,6% azalıb.

Hesabat dövründə cəmiyyət üzrə dövlət büdcəsinə olan borcların həcmi 11 mln. 344,2 (99,9%) min manat azalaraq 14,5 min manat, artıq ödəmənin həcmi isə 9 mln. 952,5 min manat artaraq 9 mln. 953,7 min manat təşkil edib.

APA