XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 May 2017 - 18:33

Bakı Fond Birjasında 20 milyonluq hərrac –Açıqlama

Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin manat nominallı, AZ0105004557 ISIN kodlu, 728 gün tədavül müddətli, 20 milyon manat həcmində ortamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən Starteq.az-a verilən məlumata görə, hərrac zamanı bir investor tərəfindən 1 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 3,000,000.00 manat təşkil edib. Sifarişlər 100.00 manat (15.0000 faiz) və 100.00 manat (15.0000 faiz) qiymət intervalında təqdim edilib.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 100.00 manat (15.0000 faiz), orta ölçülmüş qiyməti 100.00 manat (15.0000 faiz) təşkil edib.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar mayın 24-də həyata keçiriləcək. İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 3,000,000.00 manat olub. İstiqrazlar 2019-cu il mayın 21-də ödəniləcək.