XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 May 2017 - 21:37

Rusiya Azərbaycana bu məhsulları ixrac edəcək –SİYAHI

İyunun 1-dən etibarən, Rusiyanın ət, süd və bal istehsalçıları məhsullarını Azərbaycana ixrac etmək imkanı qazanacaqlar.

Strateq.az “Report”a istinadən xəbər verir ki, bununla bağlı Rusiyanın kənd təsərrüfatı məhsullarına nəzarət idarəsi (“Rosselxoznadzor”) və Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi arasında razılıq əldə olunub və baytarlıq sertifikatı imzalanıb.

Sənədə əsasən, Rusiya Azərbaycana mal, qoyun, keçi, donuz və quş əti, kolbasa, ət konservi, süd və süd məhsulları, təbii bal və digər arıçılıq məhsulları ixrac edəcək.