XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 May 2017 - 17:36

Natiq Əliyevdən neftin qiyməti ilə bağlıaçıqlama

Azərbaycan OPEK ölkələrinin və bu quruma daxil olmayan dövlətlərin neft hasilatının azaldılması ilə bağlı razılaşma müddətinin uzadılması barədə qərarı dəstəkləyəcək.

Trend-in məlumatına görə, bunu “Caspian Energy” jurnalına müsahibəsində Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.

Nazir vurğulayıb ki, ötən ilin noyabrında hasilatın azaldılması ilə bağlı Vyana sazişinin imzalanması OPEK tarixi boyunca qəbul olunmuş ən vacib birgə qərardır.