XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

14 Noyabr 2015 - 06:54

Paris terroru dünya iqtisadiyyatına necə təsir edəcək? – İqtisadçı-alimdən maraqlı proqnozlar

qubad-2.jpg

Tanınmış iqtisadçı-alim Qubad İbadoğlu Fransa paytaxtı Parisdə törədilmiş müdhiş terror aktının iqtisadi tərəflərinə işıq salan maraqlı fikirlər səsələndirib.
 
İqtisadçı-alim bildirib ki, Fransadakı terror ölkəyə milyardlarla ziyan vuracaq və ölkənin bir neçə sektoru xeyli itki verəcək: “Bu hadisədən avro da təsirlənəcək. ötən il 47 milyon ziyarətçini yalnız Paris şəhərinə cəlb edən iri turizm sənayesi Fransada baş verən terror hadisəsindən sonra bu il ölkədə ən çox itki verən sektor olacaq. ​Dünyanın 6-cı güclü iqtsiadiyyatına malik olan ölkədə bu gecə baş verənlər beynəlxalq bazarlara da təsirsiz ötüşməyəcək. Bu hadisənin həm ölkə iqtisadiyyatına və həm də dünya bazarlarına təsirləri birbaşa və dolayı olmaqla ikili xarakter daşıyacaq. Bu terror aktından birbaşa təsirlənən turizm, nəqliyyat, mehmanxana, ictimai iaşə və ticarət sektoru olacaq. Bu hadisə dolayı yolla həm dövlət və həm də özəl bölmədə təhlükəsizlik və sığorta, bir sözlə anti-terror xərclərinin artırılmasına şərtləndirəcək ki, bu da bütövlükdə Fransa iqtisadiyyatında məhsuldarlıq göstəricilərini aşağı salacaq. Nəticədə ötən il staqnasiya dövrünü yaşayan Fransa iqtisadiyyatında bu il müşahidə olunan canlanma son terror aktından sonra yenidən tənəzzül dövrü ilə əvəzlənə bilər”.
 
Q.İbadoğlu bu terror hadisəsinin dünya iqtisadiyyatına nə kimi təsir göstərəcəyini də qeyd edib: “Ən çox təsirlənən hazırda həssas olan qiymətli kağızlar və valyuta bazarı ola bilər. Xüsusilə də psixoloji təsirlər nəticəsində fond birjasında Fransa şirkətlərin məxsus qiymətli kağızların və avronun dəyərini itirməsi müşahidə edilə bilər. Xammal birjaları arasında isə bu hadisədən az da olsa təsirlənən enerji bazarı ola bilər. Belə ki, bu hadisənin təsirindən artan təklifin hesabına son günlər ucuzlaşan xam neftin qiymətində azacıq da olsa balaşma müşahidə oluna bilər. Xatırladım ki, hesablamalara görə 11 sentyabr terrorundan ABŞ iqtisadiyyatına dəyən birbaşa zərər 27,2 milyard dollar təşkil edib. Bu hadisə qlobal terrorizm indeksində Fransanın mövqeyini pisləşdirəcək. Məlumat üçün qeyd edək ki, 2014-cü ildə Fransa dünyanın terrordan əziyyət çəkən 56-ci ölkəsi idi. Azərbaycan bu indeksə görə dünyanən terrordan əziyyət çəkən 192 öllkəsi arasında 117-ci yerdə qərarlaşıb”.