XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 May 2017 - 23:04

Neft hasilatının azaldılması haqda qərar daha 9 ay uzadılacaq –Nazir

Neft hasilatının azaldılmasına dair iştirakçı ölkələr razılaşmanın müddətinin daha 9 ay müddətinə uzadılmasını dəstəkləyir.

Bunu Küveytin neft naziri Əssam əl-Marzuk bəyan edib.

"Hazırda razılaşmanın əleyhinə hər hansı ölkədən etiraz yoxdur”, – deyə, nazir bildirib.

Qeyd edək ki, ötən ilin noyabrında Vyanada keçirilən görüşdə OPEC ölkələri qiymətlərin sabitləşməsi məqsədi ilə gündəlik hasilatın 1,2 milyon barrel azaldımasına dair razılığa gəliblər. Razılaşmanın uzadılması məsələsinə mayın 25-də OPEC-in Vyanada keçiriləcək sammitində baxılacaq. 

APA