XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

25 May 2017 - 11:13

“Moody’s”:Azərbaycan bank sektoruna dəstək üçün ÜDM-in 18%-nə barəbər vəsait xərcləyib

2015-2016-cı illərdə Azərbaycan bank sektoruna dəstək vermək üçün ÜDM-in 18%-nə bərabər olan vəsait yönəldib.

Bunu Bakıda keçirilən “Moody`s Annual Azerbaijan Summit” adlı tədbirdə “Moody’s” beynəlxalq reytinq agentliyinin kiçik vitse-prezidenti Pyotr Paklin bildirib.

“Azərbaycanın bank sektorunun həcmi ÜDM-in yarısından bir qədər çox olsa da, bu, o qədər də böyük rəqəm deyil. Buna baxmayaraq, hökumətin bank sektorunun dəstəyi üçün çəkdiyi xərc böyükdür. Bizim hesablamalarımıza əsasən, bank sektorunun dəstəyi üçün xərclənən vəsait ÜDM-in 18%-nə bərabərdir. Bu vəsait ilk növbədə Azərbaycan Beynəlxalq Bankının (ABB) sağlamlaşdırılmasına yönəldilib”, – deyə, o, bildirib.

Vitse-prezidentin sözlərinə görə, ABB-nin xarici öhdəliklərinin restrukturizasiyası ilə bağlı qəbul olunan qərar bazar üçün sürpriz olub:

“Bu qərar onu göstərir ki, aidiyyəti qurumlar maliyyə sektorundakı problemləri tam qiymətləndirməyib. Belə olduğu halda dövlət büdcəsindən əlavə vəsaitlərin xərclənməsi qaçılmazdır”.

2015-2016-cı illərdə Azərbaycanın dövlət borcunun kəskin artdığını bildirən analitik deyib ki, 2014-cü ilin sonuna bu göstərici ÜDM-in 11%-nə, 2016-cı ilin sonuna isə 40%-nə bərabər olub.

“Buna baxmayaraq, borcun bu səviyyədə olması Azərbaycan üçün təhlükəli deyil. Azərbaycan borcunu idarə etmək iqtidarındadır. Azərbaycanın valyuta ehtiyatları ÜDM-ə bərabərdir. Bu isə ölkənin ciddi təhlükəsizlik yastığına sahib olmasından xəbər verir”, – deyə P.Paklin qeyd edib.

APA