XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

26 May 2017 - 10:23

İran növbəti beş ildə neft hasilatını 20 faiz artıracaq –Neft naziri açıqladı

Növbəti beş ildə İran neft hasilatını 20 faiz artıraraq, gündəlik 5 milyon barelə çatdırmağı planlaşdırır.

“RİA Novosti” agentliyi xəbər verir ki, bunu İranın neft naziri Bijan Zanqane bildirib.

İranlı nazir bunu yeni yataqların işlənilməsi və istismar edilən obyektlərdə texnologiyaların təkmilləşdirilməsi ilə əlaqələndirib. Aprelin sonunda İranda neft hasilatının həcmi sutkada 3,8 milyon barel təşkil edib.

Qeyd edək ki, ötən gün OPEK və müttəfiqləri neft hasilatının azaldılmasına dair sazişin müddətinin daha doqquz ay, yəni 2018-ci ilin birinci rübünədək uzadılmasına qərar veriblər.