Qiymətin nə qədər artırılacağı məlum deyil
Rusiya Ermənistana verdiyi qazın qiymətini artırmaq niyyətindədir. Strateq.az Armenia today-ə isnadən bildirir ki, martın 30-da Ermənistan və Rusiya baş nazirləri Ovik Abramyanla Dmitri Medvedyev arasında telefon danışığı olub. Nəşr yazır ki, “Yayılmış söz-söhbətə görə, söhbətin əsas mövzusu qazın qiymətinin artırılması imiş. Lakin qiymətin nə qədər artırılacağını aydınlaşdırmaq mümkün olmayıb”.
Hazırda İrəvanda ekspert qrupu yaradılması üzərində iş gedir ki, məsələni araşdırsın və qazın qiymətinin artırılmasının nə dərəcədə əsaslı və qaçılmaz olduğunu dəqiqləşdirsin.