XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 May 2017 - 12:59

Ekspert:“Dünyada neftin qiyməti hələ uzun müddət ucuz olacaq”

Vyanada OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünədək uzadılması qərarına Azərbaycan da qoşulub.

İqtisadçı ekspert Natiq Cəfərli Sputnik Azərbaycana deyir ki, əslində bazarda gözlənitlər tamam fərqli idi: “Öncədən bəlli idi ki, anlaşmanın müddəti uzanacaq. Bu anlaşmanın bu günə qədər ki, fəaliyyəti neftin qiymətinin 50-55 dollar koridorunda sabitləşməsinə səbəb olmuşdu”. “OPEC ölkələri də anlayır ki, onların qəbul etdiyi qərarlardan ən çox xeyri ABŞ görür. Amerikada hasilatın artması OPEC-in qərarını əhəmiyyətsiz edir. Bu proseslər onu göstərir ki, hələ uzun müddət neftin qiymətinin aşağı olma ehtimalı çox yüksəkdir” – deyə o bildirib.