XƏBƏR LENTİ

15 Dekabr 2019
14 Dekabr 2019

Digər Xəbərlər

30 May 2017 - 11:18

Palata sədri:"ABB-nin restrukturizasiya planı baş tutarsa, bankı sağlamlaşdırmaq mümkün olacaq"

"Azərbaycan Beynəxlalq Bankının xarici öhdəliklərinin restrukturizasiyası planı baş tutarsa, bankın əhəmiyyətli dərəcədə sağlamlaşdırılmasına nail olunacaq”. 

Bunu MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu gün Bakıda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham-Azerbaijan”) birgə təşkilatçılığı ilə "İqtisadi islahatlar: Əldə edilmiş nəticələr və tövsiyələr” mövzusunda keçirilən konfransda bildirib.

"Ötən həftə "xarici kreditorlar klubuna” restrukturizasiya planı təqdim olundu. Bu plan dövlət tərəfindən dəstəklənir. Plan baş tutarsa, bankı əhəmiyyətli dərəcədə sağlamlaşdırmaq mümkün olacaq. Söhbət həm kapitalın komfort səviyyəyə çatdırılmasından, həm də yetərli dərəcədə likvidliyin təmin olunmasından gedir. Xüsusilə vurğulamaq istəyirəm ki, plan baş tutduğu halda bankın öhdəlikləri üzrə xərclər aktivlərdən gələn gəlir hesabına təmin olunacaq. Bu isə özəlləşdirilmə öncəsi bankın dəyərini xeyli artıracaq”, – deyə, o, qeyd edib.

APA