XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 May 2017 - 11:48

Elman Rüstəmov:“Beynəlxalq Bank ətrafında baş verənlər manata təsir etməyəcək”

“Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin restrukturizasiyası planının baş tutub-tutmaması manatın məzənnəsinə təsir etməyəcək”.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

“Bu prosesin manatın məzənnəsinə heç bir təsiri olmayacaq. Bildiyiniz kimi, ABB-nin xarici öhdəliklərinin restrukturizasiyası planı Maliyyə Sabitliyi Şurası tərəfindən qəbul olunmuş proqrama əsasən həyata keçirilən tədbirdir”, – deyə, o, qeyd edib.

Bankir əlavə edib ki, ilin sonunadək manatın məzənnəsi üçün heç bir risk yoxdur: “İlin sonunadək manatın ucuzlaşması risklərini görmürük".