XƏBƏR LENTİ

11 Dekabr 2019
10 Dekabr 2019

Digər Xəbərlər

30 May 2017 - 13:17

Palata sədri:"Kredit aktivliyi ilə bağlı dəqiq rəqəmlər açıqlamağa hazır deyilik"

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı Azərbaycanda kreditləşmə ilə bağlı ilin sonuna qədərki vəziyyət barədə proqnozlarını açıqlayıb.

Sədr bildirib ki, kredit aktivliyi əsasən iki amildən asılıdır: “Bunlardan biri faiz dərəcələri və pulun dəyərini müəyyən edən digər meyarlardır. Digər amil isə institusional şərait, yəni kreditlə bağlı girov mexanizmləridir". 

"Hələ ki, kredit aktivliyi ilə bağlı dəqiq rəqəmlər açıqlamağa hazır deyilik, amma ümid edirik ki, ilin sonuna qədər kredit aktivliyinin bərpa olunması üçün baza formalaşacaq”, – deyə R.Aslanlı əlavə edib/Report