2015-ci ildə inflyasiya 16,8% təşkil edəcək
Beynəlxalq Valyuta Fondu Rusiya iqtisadiyyatının artımı ilə bağlı proqnozu pis tərəfə yönəlib.
Strateq.az Rusiya mətbuatına əsasən xəbər verir ki, təqdimatı aprelin 14-ə nəzərdə tutulmuş proqnoza görə, cari ildə ölkəd üDM-un azalması 3% deyil, 3,8% təşkil edəcək.
Fondun fikrincə, 2016-cı ildə azalmanın ləngiməsi müşahidə olunacaq – üDM-un azalması 1% olacaq.
BVF-nun dəyərləndirməsinə görə, 2015-ci ildə inflyasiya 16,8% təşkil edəcək, növbəti ildə isə 9,8%-ə enəcəyi gözlənilir.
Moody’s beynəlxalq reytinq agentliyinin proqnozuna görə, Rusiya iqtisadiyyatı cari ildə 5,5 % azalacaq. Fitch agentliyi isə azalmanı 4% proqnozlaşdırır və 2017-ci ilədək iqtisadi artımın olmayacağını qeyd edir.