Maliyyə Bazarlarına Nəzarət Palatası valyutadəyişmə məntəqələrinin işə düşməsi ilə bağlı normativ hüquqi sənədlərin hazırlanmasına başlayıb.
Bu barədə jurnalistlərə açıqlamasında Palatanın Direktortlar Şurasının sədri Rüfət Aslanlı məlumat verib. Bildirib ki, sənədlərin hazırlanmasına 1 ay vaxt verilib.
Xatırladaq ki, “Valyuta tənzimi haqqında” qanununda dəyişikliklər edilməsi barədə” qanun mayın 18-də qüvvəyə minib. Həmin qanunun 13-cü maddəsinə görə, “exchange” açmaq üçün nəzərdə tutulan girov vəsaitinin məbləği Bakı şəhərində 50 min manat və 50 min dollar, Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində 25 min manat və 25 min dollar, digər şəhər və rayonlarda, habelə Naxçıvan Muxtar Respublikasında isə 10 min manat və 10 min dollardır.
Fins.az