XƏBƏR LENTİ

16 Dekabr 2019
15 Dekabr 2019
14 Dekabr 2019

Digər Xəbərlər

31 May 2017 - 12:14

Avropa Komissiyası:"Azərbaycan qazı stabilliyin vacib mənbəyi olacaq"

Azərbaycan qazı stabilliyin vacib mənbəyi olacaq.

Trend-in məlumatına görə, bunu Bakıda 24-cü Beynəlxalq "Xəzər Neft və Qaz 2017" sərgisinin iştirakçılarına videomüraciətdə Avropa Komissiyasının vitse-prezidenti Maroş Şevçoviç deyib.

Azərbaycanın bu məsələdə Avropanın vacib tərəfdaşı olduğunu deyən M.Şevçoviç qeyd edib: “Biz təhlükəsiz, qəbuledilən və dayanıqlı enerji məkanının təmin olunmasına çalışırıq”.

Onun sözlərinə görə, Azərbaycan Avropa İttifaqı (Aİ) üçün enerji ehtiyatlarının diversifikasiyasında strateji amil olan “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsində, eləcə də iqlim hədəflərinə nail olunmasında və Avropada geosiyasi balans və stabilliyin möhkəmlənməsində əsas rol oynayır.

Vitse-prezident əmin olduğunu bildirib ki, Azərbaycan qazı 2020-ci ildə “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində Avropaya tədarük olunacaq:

“Bu qaz bizə yuxarıda qeyd olunan məqsədlərə çatmağımıza yardım edəcək və əlbəttə ki, həm Avropa İttifaqında, həm də ondan kənarda layihə iştirakçılarının xeyrinə olacaq”.

M.Şevçoviç həmçinin, Aİ və Azərbaycan arasında yeni çərçivə sazişi üzrə danışıqların vacibliyini vurğulayıb:

“Bu danışıqlara rəsmi şəkildə Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin fevral ayında Brüsselə səfəri zamanı start verilmişdi. Mən əminəm ki, yekun saziş Aİ və Azərbaycan arasında qarşılıqlı səmərəli əməkdaşlığı möhkəmləndirəcək”.

Onun sözlərinə görə, Aİ və Azərbaycan arasında əməkdaşlıq Enerji ittifaqının üç əsas məqsədinə – təhlükəsizlik, rəqabət və dayanıqlığa xidmət edir.