OPEK-ə görə, 2015-ci ilin 9 ayında Azərbaycanda neft hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə sutkada 30 min barrel azalıb.
Bu barədə OPEK 12 noyabrda məlumat yayıb. OPEK 2015-ci ildə ölkədə sutkada 0,86 mln barrel neft hasilatı proqnozlaşdırır. Bu, ötənilkindən 10 min barrel azdır.
2016-cı ildə Azərbaycanda sutkalıq neft hasilatı 0,82 mln barrel proqnozlaşdırılır. Sentyabrda Azərbaycanda neft hasilatı 32 min barrel artaraq sutakada 0,83 mln barrel olub.
Turan agentliyinin məlumatına görə, sentyabrda ВР-Azerbaijan sutkada 685 min barrel, SOCAR 145 min barrel neft və kondensat hasil edib.