XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

17 Noyabr 2015 - 10:45

Azərbaycanda işsizlərə sığorta pulu veriləcək – Nazirlik
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni qanun layihəsi hazırlayıb.
 
Bu barədə Strateq.az-a daxil olan məlumata ggörə, layihə ölkə ərazisində əmək fəaliyyəti ilə məşğul olan şəxslərin işsizlikdən sığortası ilə bağlı hüquqi, iqtisadi və təşkilati əsasları müəyyən edir.
 
Nazirlikdə bildirilib ki, işsizlikdən sığorta işsizlər üçün müavinət kimi ödəniləcək: “İşsizlikdən sığorta imkan verəcək ki, işsiz qalan şəxs müəyyən müddət ərzində işsizlik müavinəti alsın.Bu müavinətlər isə həmin şəxsin rəsmi əmək fəaliyyəti zamanı özü tərəfindən vaxtilə edilmiş ödənişlər hesabına həyata keçiriləcək”. 
 
Müvafiq strukturlarla razılaşdırıldıqdan sonra qanun layihəsinin Nazirlər Kabinetinə təqdim edilməsi gözlənilir.