XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 May 2017 - 14:14

Alkoqollu içkilərin reklamı bu hallardaqadağan edildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Uşaq hüquqları haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, təklif edilən dəyişikliklərdə Azərbaycanda uşaqlar üçün verilişlərin reklamla kəsilməsi qadağan edilir.

Dəyişikliyə görə, alkoqollu içkilərdən istifadə olunması ilə bağlı uşaqlara müraciət edilməsi, uşaqlar üçün proqramların (verilişlərin) alkoqollu içkilərin reklamı ilə kəsilməsi qadağandır.

Həmçinin dərslikdə, dərs vəsaitində, tədris materialında, məktəb gündəliyində, dəftərində, albomda reklam yerləşdirilə bilməz.

Dəyişikliklər səsə qoyularaq qəbul edilib.