XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 November 2015 - 13:25

“Bank Technique” adını və iş rejimini dəyişdi – Açıqlama
 
Etibar Əliyevin qayıdışından sonra aktiv start götürən “Bank Technique” daha bir dəyişikliyə imza atıb. 
 
Bankdan Strateq.az-a verilən məlumata görə, “Bank Technique” öz əvvəlki adını geri qaytarıb. Bundan sonra bank “Texnika Bank” adı ilə fəaliyyət göstərəcək. 
 
Eyni zamanda, “Texnika Bank” müştərilər üçün kreditlərin verilməsinə başlayıb. Bank artıq müştərilərin biznes layihələrini qəbul etdiyini və kreditləşmənin asan şəkildə həyata keçiriləcəyini elan edib.