XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

01 İyun 2017 - 12:23

Xoşbəxt Yusifzadə:“Şahdəniz layihəsi çərçivəsində işlərin 93 faizi yerinə yetirilib”

2016-cı ildə SOCAR-ın “Azneft” istehsalat Birliyi tərəfindən 6,2 mln. ton neft, 5,6 mlrd. kubmetr qaz hasil edilib.

Bunu bu gün Bakıda keçirilən 24-cü Beynəlxalq Xəzər Neft-Qaz – “Caspian Oil&Gas” konfransında SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

Onun sözlərinə görə, hasil edilən neft və qaz daxili, eləcə də xarici bazarlara çıxarılıb: “Azəri-Çıraq-Günəşli yatağının işlənilməsi Xəzər dənizinin Azərbaycan sektorunda həyata keçirilən ən böyük neft-qaz layihəsidir. İndiyə qədər bu layihəyə 42 mlrd. ABŞ dollarından çox həcmində sərmayə qoyuluşu həyata keçirilib. İşlənilmənin əvvəlindən indiyə qədər layihə çərçivəsində 428,4 mln. ton neft, 133 mlrd. qaz hasil edilib”.

X. Yusifzadə deyib ki, Azərbaycan nəhəng enerji layihələrinin təşəbbüskarıdır: “Hazırda həyata keçirilən Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın ən böyük enerji və infrastruktur layihəsidir. Eyni zamanda, bu layihə Avropa Birliyi tərəfindən də dəstəklənir”.

SOCAR rəsmisi bildirib ki, hazırda istismar edilən “Şahdəniz-1” layihəsində sabit dinamika əldə olunub: “Bu mərhələdə qaz hasilatı ildə 9 mlrd. kubmetr təşkil edir. İşlənmənin ikinci mərhələsində əlavə olaraq 16 mlrd. kubmetr qaz hasil ediləcək. Bunun üçün mühüm tədbirlər görülür. 26 sualtı quyu, 2 yeni platforma inşa olunur. 300 kilometr uzunluğunda sualtı boru kəmərləri çəkilir. Səngəçal terminalı genişləndirilir. Mayın ayının əvvəlinə layihə çərçivəsində işlərin 93 faizi yerinə yetirilib”.

APA