XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

02 İyun 2017 - 11:42

Xoşbəxt Yusifzadə:“İndiyədək "Şahdəniz"dən 83 mlrd. kubmetr qaz hasil olunub”

İşlənilmənin əvvəlindən "Şahdəniz" yatağından 83 mlrd. kubmetr qaz və 21 mln. ton kondensat hasil edilib.

Bunu bu gün Bakıda keçirilən 24-cü Beynəlxalq Xəzər Neft-Qaz konfransında SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

Onun sözlərinə görə, "Şahdəniz" yatağından gündəlik olaraq 30 mln. kubmetr qaz və 7 min. ton kondensat hasil edilir: "Yatağının işlənməsi ilə Azərbaycan qaz idxal edən ölkədən qaz ixrac edən ölkəyə çevrilib".

Qeyd edək ki, "Şahdəniz" yatağının ehtiyatları 1,2 trln. kubmetr qaz və 240 mln. ton kondensatdan ibarətdir.