XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

02 İyun 2017 - 12:21

“Britiş Petrolium” Azərbaycana 66 milyard dollar sərmayə qoyub –Vitse- prezident açıqladı

“BP şirkətinin əməliyyatçısı olduğu layihələr vasitəsilə BP və tərəfdaşları tərəfindən Azərbaycana təxminən 66 mlrd. ABŞ dolları investisiya qoyulub.

 “APA-Economics”in bu gün Bakıda keçirilən 24-cü Beynəlxalq Xəzər Neft-Qaz – “Caspian Oil&Gas” konfransının ikinci günündə “BP-Azerbaycan” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.

 Onun sözlərinə görə, “Azəri-Çıraq-Günəşli” yatağından bu günə qədər 3 mlrd. bareldən artıq neft hasil edilib: "Ötən 12 il ərzində biz AÇG yatağından təxminən 30 mlrd. kubmetrdən artıq səmt qazı hasil edib Azərbaycana təhvil verilib”.

 O bildirib ki, 2006-cı ilin sonundan etibarən “Şahdəniz” layihəsi regional bazarlara 80 mlrd. kubmetrdən artıq qaz nəql edib: “Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə 360 mln. tondan artıq, yəni 2,7 mlrd. barreldən çox xam neft nəql edilərək 3550-dən artıq tankerə yüklənib və neft bazalarına göndərilib".

 BP şirkəti bu vaxta qədər Azərbaycandakı sosial layihələrə 72 mln. dollara yaxın vəsait ayırıb.