XƏBƏR LENTİ

05 Mart 2021

Digər Xəbərlər

02 İyun 2017 - 19:56

Nəzarət Palatası:Apreldə əhalinin əmanətləri azalıb

Bu ilin may ayının 1-nə banklarda yerləşdirilən depozitlərin məbləği 16 mlrd. 783,8 mln. manat təşkil edib.

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikada deyilir. Hesabatdan məlum olur ki, aprel ayında ölkədə fəaliyyət göstərən banklarda yerləşdirilən depozitlərin məbləği artıb. Belə ki, mart ayı ilə müqayisədə apreldə banklardakı depozitlərin məbləği 939,1 mln. manat və ya 5,93% artıb.

Mart ayı ilə müqayisədə apreldə əhalinin banklardakı əmanətlərinin həcmi 41,7 mln. manat və ya 0,6% azalıb. May ayının 1-nə olan məlumata görə, əhalinin banklardakı əmanətlərinin həcmi 6 mlrd. 847,5 mln. manat təşkil edir.

Ümumiyyətlə, bu ilin əvvəlindən əhalinin əmanətləri 584,6 mln. manat və ya 7,87% azalıb. (APA)