XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 November 2015 - 13:00

Azərbaycanın xarici dövlət borcu artıb – Maliyyə Nazirliyi

 

pul-1.jpg

2015-ci ilin üçüncü kvartalında Azərbaycanın xarici dövlət  borcu $109,7 mln. və ya 1,6% artıb.

Bu barədə Maliyyə Nazirliyi bildirib.

Oktyabrın 1-i üçün Azərbaycanın xarici dövlət borcu $6 mlrd. 730,9 mln. təşkil edib ki, bu da bu ilin əvvəlində olduğundan 3,9% çoxdur. Bu il dövlət büdcəsindən ölkənin xarici dövlət borcu üçün (hesablanmış faizlər nəzərə alınaraq) $776,2 mln. ayrılması nəzərdə tutulur. Buradan məlum olur ki, dövlət köhnə borcları ödəyərək yeni borclar götürür. (Turan)

2016-cı ildə hökumət $948,6 mln. həcmində əsas xarici borcu və onlar üzrə hesablanmış faizləri ödəmək niyyətindədir. Planlaşdırılan kreditlər açıqlanmır.

Oktyabrın 1-i üçün Azərbaycanın hər sakininə təxminən $697,5 xarici borc düşür.