XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 June 2017 - 11:15

On il ərzində dünya bazarına 330 milyon ton Azərbaycan nefti  çıxarılıb

Bu ilin may ayı ərzində 2 milyon 236 min 93 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.

SOCAR-ın mətbuat xidmətindən  bildirilib ki, bu həcmin 1 milyon 322 min 980 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.

Cari ilin yanvar-may aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi isə 10 milyon 275 min 528 ton təşkil edib.

Ümumiyyətlə, Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) istismara verilən gündən bu il iyun ayının 1-ə qədər Ceyhan limanından 330 milyon 110 min 127 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.