XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

06 İyun 2017 - 12:55

Meksika ilə Azərbaycan arasında neft sektoru üzrə əməkdaşlıq güclənir

Meksika Neft İnstitutunun mütəxəssisi Viktor Xerardo Ortiz Qayardo Bakıda səfərdə olub. O, Meksika Neft İnstitutunun təmsilçisi 24-cü Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi və Konfransında iştirak etmək məqsədilə Azərbaycana gəlib.

Meksikanın ölkəmizdəki səfirliyindən Strateq.az -a bildiriblər ki, meksikalı mütəxəssis Azərbaycanda olduğu müddətdə bir sıra dövlət qurumlarında görüşlər keçirib, danışıqlar zamanı ikitərəfli əməkdaşlığın perspektivləri və onun gələcək inkişafının yolları müəyyən edilib.

Meksika Neft İnstitutu neft sahəsinə aid Meksikanın tədqiqat mərkəzidir. Mərkəzləşdirilməmiş dövlət tədqiqat mərkəzi olaraq neft sənayesi üçün texnologiya biliklərini və dəyərli xidmətləri dəyişmək və neft sənayesinin inkişafına töhfə verən tanınmış əməkdaşlar, texnologiya və xidmətlərlə beynəlxalq səviyyəli dövlət tədqiqat mərkəzi olmaq məqsədi daşıyır.

Neft Meksika üçün ən vacib enerji mənbələrdən biridir. Belə ki, ölkədə istehlak olunan enerjinin 88 faizi bu karbohidrogenin payına düşür. Təsdiq olunmuş 12 mlrd. 350 milyon barel neft ehtiyatları ilə Meksika dünyada xam neftin həcminə görə 14-cü yerdədir.

Laçın

Strateq.az