XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

19 Noyabr 2015 - 12:50

Oktyabrda vergi orqanlarına 10 min müraciət daxil olub – Vergilər Nazirliyi

 

 

vergiler.jpg

2015-ci ilin oktyabr ayı ərzində vergi orqanlarına 10,250 müraciət daxil olub, bunların da 95,8 faizi ərizə, 4 faizi şikayət, 0,2 faizi təklifdir.

Vergilər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müraciətlərin 45,8 faizi kameral vergi yoxlamaları, 6,6 faizi vergi borcları, 1,7 faizi operativ vergi nəzarəti, 1,6 faizi səyyar vergi yoxlamaları, 1,4 faizi vergidən yayınma və dividendlərin verilməsi, 0,7 faizi vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,4 faizi korrupsiya hüquqpozmaları, 41,85 faizi digər məsələlərlə bağlı olub.

Daxil olmuş müraciətlərin 51,9 faizi öz müsbət həllini tapıb, 15,3 faizi barədə müvafiq izahatlar verilib, 2,3 faizi əsassız sayılıb, 0,4 faizi qismən həll edilib, 0,4 faizi aidiyyəti üzrə göndərilib, 29,7 faizi isə icradadır.

Hesabat dövründə vergi orqanları tərəfindən ümumilikdə 501 vətəndaş qəbul edilərək, mövcud qanunvericilik çərçivəsində lazımi kömək göstərilib və ya müvafiq izahatlar verilib.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın şəhər və rayonlarında vətəndaşların qəbulu cədvəlinə əsasən, oktyabrın 23-də vergilər naziri Fazil Məmmədov tərəfindən Beyləqan rayonunda vətəndaşların qəbulu keçirilib.