XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

06 İyun 2017 - 18:27

Maliyyə Nazirliyinin qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib –BFB-də

Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin manat nominallı, AZ0102012546 ISIN kodlu, 91 gün tədavül müddətli, 10 milyon manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən Strateq.az-a verilən məlumata görə, hərrac zamanı 14 investor tərəfindən 25 sifariş təqdim edilib. Sifarişlərin nominal üzrə ümumi məbləği 51,712,200.00 manat olub. Sifarişlər 96.0199 manat (16.8105 faiz) və 97.0951 manat (12.1334 faiz) qiymət intervalında təqdim edilib. Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 97.0100 manat (12.4998 faiz), orta ölçülmüş qiyməti 97.0243 manat (12.4382 faiz) təşkil edib.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar iyunun 7-də həyata keçiriləcək. İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 10,000,000.00 manat olub. İstiqrazlar 2019-ci il sentyabrın 5-də ödəniləcək.