XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

08 İyun 2017 - 12:44

Komitədən sahibkarlara çağırış:"Gəlin, bu obyektlərə investisiya qoyun"

"Ötən ilin avqust ayından etibarən indiyədək dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı 35 hərrac keçirilib".

Bunu Azərbaycan – Avropa İttifaqı biznes forumunda Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov deyib.

Onun sözlərinə görə, bu hərraclarda 1100-dən çox əmlak hərraca çıxarılıb: "Azərbaycanda səhiyyə, turizm, ictimai iaşə və digər sahələrdə böyük obyektlər hərraca, investisiya müsabiqəsinə çıxarılır. Mən yerli və xarici sahibkarları bu obyektlərə investisiya qoymağa çağırıram. Bu obyektlərə investisiya qoyan sahibkarlarla güzəştlər barədə danışıqlara hazırıq. Sahibkarları bu obyektlərə investisiya qoymağa və məhsul istehsal etməyə çağırıram".

APA